RU

Ekspert: Avropa qaz idxalını artırmaq üçün sərmayə yatırmalıdır

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 mart, AZƏRTAC

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında diqqəti çəkən məqamlardan biri Azərbaycanın Avropaya təbii qaz ixracının dayanıqlı olması məsələsi olub. Azərbaycanın təsdiqlənmiş təbii qaz ehtiyatları hazırda 2,6 – 2,8 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu göstərici ölkəni qlobal qaz bazarında mühüm oyunçulardan birinə çevirir və mövcud hasilat səviyyəsi ilə bu ehtiyatların Azərbaycanın daxili tələbatını və ixrac potensialını təxminən 120 il təmin edəcəyi proqnozlaşdırılır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisad üzrə fəlsəfə doktoru, iqtisadi-ekspert Mehriban İmanova deyib.

Onun sözlərinə görə, əsas ehtiyatlar əsasən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz", "Abşeron", "Ümid" və "Azəri-Çıraq-Günəşli" (dərin qaz layları) yataqlarında cəmləşib.

“Ümid” və “Babək” yataqları perspektivli strukturlar arasında önəmli yer tutur. “Şəfəq” ,“Asiman” və “Qarabağ” strukturlarda kəşfiyyat və qiymətləndirmə işləri davam etdirilir. Bu yataqlarda təbii qazın mövcudluğu sübut olunub. Azərbaycan həm daxili tələbatı ödəyir, həm də Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixracı artırır. Bunlar onu deməyə əsas verir ki, Azərbaycan təbii qaz ixracının dayanıqlı olmasını təmin edəcək. Bu gün Avropa İttifaqına (Aİ) daxil olan dövlətlər enerji idxalını şaxələndirərək Rusiyadan enerji asılılığına son qoymağa çalışırlar. Vaxtı ilə Avropanın təbii qaza olan tələbatının 45 faizini Rusiya ödəyirdi. Hazırda Rusiya Avropanın qaz bazarının tələbatının cəmi 10 faizini ödəyir ki, bundan da imtina etməyə hazırlaşan Aİ ölkələri Azərbaycandan qaz idxalını artırmaq niyyətindədirlər. Rəsmi Bakı 2027-ci ilə Avropaya ixrac etdiyi qazın həcmini 20 milyard kubmetrə çatdıracaq. Lakin Avropa istər hasilata, istərsə də Cənub Qaz Dəhlizinin genişləndirilməsinə və yeni interkonnektorların qurulmasına sərmayə yatırmalıdır”, - deyə ekspert vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
106
2
azertag.az

3Источники