RU

"Şüştər" və "Humayun" dəstgahları təqdim olunub - FOTO

Beynəlxalq Muğam Mərkəzinin "Azərbaycan muğamı" layihəsi çərçivəsində təqdim etdiyi "Muğam dəstgahları"nda "Şüştər" və "Humayun" dəstgahları təqdim olunub. Konsert proqramında BMM-nin solistləri Nisbət Sədrayeva, Rəvanə Qurbanova və Sadiq Qasımov çıxış ediblər.

Xanəndələri BMM-nin solistləri - Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança), Rafael Əsgərov (balaban), Əməkdar artist Təranə Əliyeva (qanun), Amil Mustafayev (nağara). Vasif Yusibli (ud), Kamran Novruzov (bas tar) müşayiət ediblər. Konsert tamaşaçıların böyük rəğbəti və alqışları ilə qarşılanıb. Qeyd edək ki, layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılması və gələcək nəsillərə ötürülməsidir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
122
50
milli.az

10Источники