RU

Prezident İlham Əliyevin sərt çıxışı dünya mediasında - FOTOLAR

Prezident İlham Əliyevin sərt çıxışı dünya mediasında - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin martın 5-də İranın Naxçıvana dron hücumu ilə bağlı Təhlükəsizlik Şurasında sərt çıxışı dünyanın aparıcı media orqanlarının diqqət mərkəzindədir.

AFN.az AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniya mediası dövlət başçısının çıxışından əsas məqamları işıqlandırıb.

“Morgenpost”, “Börsen News”, “Tagesspiegel” və digər alman nəşrlərinin materiallarında Naxçıvanda aeroportun, məktəb binasının və digər mülki obyektlərin dron hücumuna məruz qaldığı diqqətə çatdırılıb. Azərbaycan lideri İranın hücumunu “terror aktı” adlandırıb və onun göstərişi ilə Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına gətirilib.

Britaniyanın “The Independent” nəşri yazır ki, Prezident İlham Əliyev ölkənin təhlükəsizliyinə təhdid yaradan qüvvələrə qarşı qətiyyətli mövqe nümayiş etdirəcəyini bəyan edib. Nəşr dövlət başçısının “Azərbaycanın gücünü sınayanlar “Dəmir yumruq”la əziləcək” sözlərinə xüsusi yer verib. “Daily Mail” isə Azərbaycanın cavab tədbirləri görmək hüququnu özündə saxladığını vurğulayıb.

Qazaxıstanın “Orda.kz”, “Ulysmedia.kz” və “Nur.kz” portalları dövlət başçısının İrandan izahat və üzr istəməyi tələb etdiyini yazıb. Məqalələrdə qeyd edilir ki, Prezident İlham Əliyev bu hücumu Bakının bundan əvvəlki addımları fonunda “nankorluq aktı” kimi qiymətləndirib.

İsveç və Norveç mediası, o cümlədən “Dagens Nyheter” və “Aftenposten”, dörd nəfərin yaralanması ilə nəticələnən hadisədən sonra İran səfirinin XİN-ə çağırıldığını və ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib. Rusiya telekanalları (Birinci kanal, İzvestiya, NTV, RT) Prezidentin “Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq” bəyanatını geniş işıqlandırıb.

Ərəb dünyasının “Arab News”, “Al Masr al Youm” və “Dostor” nəşrləri də hücumun mülki obyektləri hədəf aldığını vurğulayaraq, Azərbaycan ordusuna cavab tədbirləri hazırlamaq tapşırığının verildiyini qeyd ediblər. Türkiyənin “TRT World” telekanalı isə Prezident Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevə zəng edərək qardaş Azərbaycan xalqına dəstəyini ifadə etdiyini diqqətə çatdırıb.

Избранный
71
afn.az

1Источники