RU

DİQQƏT: Nikah vaxtında bunu etsəniz, məhkəmədə əvəz ödəməli olacaqsınız

“Azərbaycanda nikah münasibətlərində xəyanətə görə mənəvi ziyanın ödənilməsi ilə bağlı yeni hüquqi imkan yaranıb. Bu məsələ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarında öz əksini tapıb. Qərara əsasən nikah dövründə tərəflərdən birinin digərinə xəyanət etməsi mənəvi ziyanın yaranmasına səbəb olan hallardan biri kimi qiymətləndirilə bilər”.

Bu fikirləri hüquqşünas Turan Abdullazadə KONKRET.az-a açıqlamasında səsləndirib.

Vəkil

“Tərəflər nikahdan sonra ailə münasibətlərinə zidd davranış sərgiləyərsə, xüsusilə xəyanət faktı baş verərsə və bu hal məhkəmədə sübut olunarsa, xəyanət edən tərəf qarşı tərəfə vurduğu mənəvi zərərin əvəzini ödəməli ola bilər”, – deyə hüquqşünas bildirib.

Turan Abdullazadə vurğulayıb ki, indiyədək qanunvericilikdə xəyanətə görə mənəvi ziyanın ödənilməsi ilə bağlı birbaşa norma olmadığı üçün belə tələblərin irəli sürülməsi praktik olaraq çətin idi.

“Yeni qərarla bu məsələ şəxsiyyət hüquqlarının müdafiəsi kontekstində qiymətləndirilir və ailə münasibətlərinə zidd davranış kimi hüquqi əsas qazanır. Bu isə zərərçəkmiş tərəfin məhkəməyə müraciət edərək mənəvi ziyanın ödənilməsini tələb etməsinə imkan yaradır”, – deyə o, əlavə edib.

Hüquqşünasın sözlərinə görə, belə hallarda əsas şərt xəyanət faktının məhkəmədə sübut olunmasıdır. Sübutlar təqdim edildiyi halda zərərçəkmiş tərəf mənəvi ziyanın kompensasiyası ilə bağlı iddia qaldıra bilər.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
96
konkret.az

1Источники