RU

Bahar qəsəbəsində həll olmayan kanalizasiya problemi: çirkab sular ətrafı basır – VİDEO

Suraxanı rayonunun Bahar qəsəbəsi ərazisində kanalizasiya xəttinin olmaması sakinlər üçün ciddi problem yaradıb.

NOCOMMENT.az xəbər verir ki. qəsəbədə mərkəzi kanalizasiya sistemi olmadığı üçün həftədə iki dəfə xüsusi maşınlarla çirkab suların çəkilməsinə baxmayaraq, problem aradan qalxmır və ətraf əraziləri tez-tez su basır. Qəsəbə sakinləri kəskin üfunət qoxusunda yaşamağa məhkum edilir.

Sakinlər bildirirlər ki, yaranmış vəziyyət ərazidə antisanitar şərait formalaşdırır. Çirkab sular isə müxtəlif xəstəliklərin yayılması üçün təhlükəli mənbə hesab olunur.

Sakinlər problemin müvəqqəti deyil, kanalizasiya xəttinin çəkilməsi ilə köklü şəkildə həll olunmasını istəyirlər.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanan da, cavab verilməyib.

 

Aliyə

NOCOMMENT.az

Избранный
93
1
nocomment.az

2Источники