RU

Salyanda qəzaya düşən avtomobil YANDI VİDEO

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayılıb.

Salyanda qəzaya düşən avtomobil YANDI - VİDEO

Bildirilib ki, hadisə gecə saat 00:00-da rayonda "Plastmas" massivinə gedən yolda qeydə alınıb. Ümid Gözəlovun idarə etdiyi "Chevrolet Cobalt" markalı, 90-YD-598 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq, təmir sexinə çırpılıb. Nəticədə avtomobil yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar. Sürücünün yüngül xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

Hadisə ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
76
50
oxu.az

10Источники