AZ

“BMW” ilə avtoxuliqanlıq edən sürücü qəza törətdi; maşın duracağa, özü isə... VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“BMW” markalı avtomobillə drift edərkən qəza törədən sürücü cərimələnib. Avtosfer.az xəbər verir ki, Türkiyənin İzmir şəhərində baş verən hadisə kameralara düşüb. Belə ki, Bornova rayonunda “BMW” ilə drift edən sürücü sükana nəzarəti itirib və maşın mağazaya çırpılıb. Zərbənin təsirindən avtomobilin nömrə nişanı düşüb. Qəzadan sonra hadisə yerini tərk edən sürücü nömrənin yerində olmadığını görərək yenidən ora qayıdıb və nömrəni götürüb.

Görüntülər sosial şəbəkə və xəbər saytlarında yayımlandıqdan sonra polis araşdırmalara başlayıb və qısa müddət ərzində hadisəni törədən şəxsin 24 yaşlı E.S. olduğunu müəyyən edilib.

24 yaşlı sürücü yol hərəkəti qaydalarını pozduğuna görə, 58217 Türk Lirəsi (red. 2.246 manat) məbləğində cərimə edilib və sürücülük vəsiqəsi də 60 gün müddətinə müsadirə olunub. Bundan əlavə, nəqliyyat vasitəsi 60 günlük duracağa yerləşdirilib.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
50
avtosfer.az

10Mənbələr