RU

Qəribə heyvan izləri tapıldı

Paleontoloqlar Braziliyada təxminən 275 milyon il əvvəl yaşamış və indiyədək məlum olmayan qədim heyvana aid çənə aşkar ediblər. Dişlərin qeyri-adi forması göstərir ki, bu canlı bitkiləri çeynəməyə uyğunlaşmış ilk onurğalılardan biri ola bilər.

Publika.az xəbər verir ki, tədqiqatın nəticələri “Proceedings of the Royal Society B: Biological Sciences” jurnalında dərc olunub.

Qalıqlar Amazon yaxınlığındakı meşəlik ərazidə, qurumuş çay yatağında tapılıb. Tədqiqatlar zamanı alimlər təxminən 15 santimetr uzunluğunda doqquz oxşar çənə sümüyü aşkar ediblər. Skeletin digər hissələri hələ tapılmayıb, lakin təkcə çənələr alimlər üçün kifayət qədər məlumat verib.

Yeni heyvan növünə “Tanyka amnicola” adı verilib. “Tanyka” sözü quarani xalqının dilində çənə, “amnicola” isə latınca çay kənarında yaşayan deməkdir.

Tədqiqatın aparıcı müəllifi, Çikaqo Sahə Muzeyinin əməkdaşı Ceyson Pardo bildirib ki, çənənin quruluşu çox qeyri-adidir. Çənə bir qədər burulmuş formada olub, buna görə dişlər yuxarıya yox, yanlara doğru yönəlib. Bundan başqa, çənənin daxili səthi çoxlu xırda dişciklərlə — dentikullarla örtülüb.

Избранный
64
7
publika.az

8Источники