RU

Rəsmi Əbu Dabi: İranın Azərbaycan ərazisini hədəfə alması dövlət suverenliyinin pozulmasıdır

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın Azərbaycan ərazisini hədəfə alan pilotsuz uçuş aparatı (PUA) zərbəsini kəskin şəkildə pisləyib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, əmirlik bu düşmənçilik hərəkətlərini təhlükəli eskalasiya, dövlət suverenliyinin kobud şəkildə pozulması, regional təhlükəsizlik və sabitliyə birbaşa təhdid hesab edir.

"Bu, gərginliyin azaldılması səylərinə xələl gətirən və regionda gərginliyi artıran ciddi bir eskalasiyadır", - XİN-in bəyanatında vurğulanıb.

Daha əvvəl - martın 5-də BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan azərbaycanlı həmkarı İlham Əliyevə zəng edərək İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu pisləyib, hadisə zamanı yaralananların tezliklə şəfa tapmasını diləyib.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan tərəfi cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
74
3
baku.ws

5Источники