Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın Azərbaycan ərazisini hədəfə alan pilotsuz uçuş aparatı (PUA) zərbəsini kəskin şəkildə pisləyib.
“İki sahil” xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, əmirlik bu düşmənçilik hərəkətlərini təhlükəli eskalasiya, dövlət suverenliyinin kobud şəkildə pozulması, regional təhlükəsizlik və sabitliyə birbaşa təhdid hesab edir.
"Bu, gərginliyin azaldılması səylərinə xələl gətirən və regionda gərginliyi artıran ciddi bir eskalasiyadır", - XİN-in bəyanatında vurğulanıb.