RU

Zelenski Orbanı hədələdi: Onun ünvanını silahlı qüvvələrimizə verərik

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Baş naziri Viktor Orbanın 90 milyard avroluq krediti bloklamağa davam edəcəyi təqdirdə onun ünvanını Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə verəcəyini bildirib.

Oxu.Az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, Zelenski bu barədə brifinq zamanı bildirib.

"Ümid edirik ki, Avropa İttifaqında bir nəfər 90 milyardı və ya 90 milyardlıq ilk tranşı bloklamayacaq və ukraynalı döyüşçülərin silahı olacaq. Əks halda, bu şəxsin ünvanını silahlı qüvvələrimizə verərik. Qoy ona zəng vurub öz dilində danışsınlar", - deyə Zelenski macarıstanlı naziri nəzərdə tutaraq vurğulayıb.

Xatırladaq ki, Avropa Parlamentinin Prezidenti Roberta Metsola Ukrayna üçün 2026-2027-ci illər üçün 90 milyard avroluq kreditin verilməsi haqqında sazişi imzalayıb. Bu vəsait müharibə şəraitində ölkənin sabitliyini təmin etməlidir.

Lakin Macarıstan maliyyələşdirməni bloklayıb. Budapeşt ultimatum irəli sürüb: kredit yalnız Ukrayna "Drujba" boru kəməri ilə Rusiya neftinin tranzitini bərpa etdikdən sonra təsdiqlənəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
88
oxu.az

1Источники