BAKI, 6 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatı nəticəsində ölkənin raket arsenalının böyük hissəsi məhv edilib.
Teleqraf xəbər verir ki, Donald Tramp bu barədə Ağ evdə keçirilən tədbirdə çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, hərbi əməliyyat çərçivəsində İranın raketlərinin təxminən 60%-i, həmçinin onların buraxılış qurğularının 64%-i sıradan çıxarılıb.
“Raketlər artıq yoxdur. Buraxılış qurğuları artıq yoxdur. Təxminən 60% və 64% müvafiq olaraq”, – deyə Tramp kampaniyanın gedişini şərh edərkən bildirib.