RU

"Real Madrid" skautları iş başında - ƏTRAFLI

“Real Madrid” klubu növbəti böyük ulduzu erkən mərhələdə heyətinə qatmaq üçün skautlarına xüsusi tapşırıq verib.

Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi yeni Cud Bellinqem potensialında futbolçunu mövsümdən əvvəl transfer etməyi planlaşdırır.

Qısa siyahıda bir neçə gənc istedad yer alıb. Bunlar Etan Nvaneri (“Arsenal”), Maks Douman (“Arsenal”), Cessi Derri (“Çelsi”), Coş Açeamponq (“Çelsi”), Niko O’Raylli (“Mançester Siti”), Mateus Mane (“Vulverhempton”) və Cob Bellinqemdir (“Borussiya Dortmund”).

Klub rəhbərliyi hesab edir ki, bu futbolçulardan biri gələcəkdə dünya səviyyəli ulduza çevrilə bilər.

“Real Madrid” son illərdə gənc oyunçulara yatırım strategiyası ilə uğur qazanıb və bu siyasəti davam etdirmək niyyətindədir. İspaniya nəhəngi qiyməti kəskin artmadan əvvəl istedadları heyətinə qatmağı hədəfləyir

Избранный
54
1
fanat.az

2Источники