RU

Hörmüz boğazından son sutkada heç bir neft tankeri keçməyib

CNN: S&P Global məlumatına görə, cümə axşamı strateji əhəmiyyətli Hörmüz boğazından bir dənə də neft tankeri keçməyib...

Son sutkada dünya enerji bazarı üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazından heç bir neft tankeri keçməyib.

Poliqon xəbər verir ki, nu barədə CNN telekanalı S&P Global Commodities at Sea analitik platformasının təqdim etdiyi məlumatlara istinadən xəbər yayıb.

Məlumata görə, həmin gün ərzində boğazdan neft daşıyan tanker hərəkəti qeydə alınmayıb. Bu isə beynəlxalq enerji daşımalarının ən vacib marşrutlarından biri hesab edilən bu su yolunda ciddi fasilənin yarandığını göstərir.

CNN-ə danışan neft sənayesinin nümayəndələrindən biri bildirib ki, bölgədə vəziyyət faktiki olaraq gəmi hərəkətinin məhdudlaşmasına gətirib çıxarıb. Onun sözlərinə görə, hazırda həm boğaza daxil olmaq, həm də onu tərk etmək istəyən gəmilər ciddi çətinliklərlə üzləşir.

“Görünən odur ki, boğaz faktiki olaraq bloklanır. Gəmilər üçün həm daxil olmaq, həm də çıxmaq olduqca çətinləşib”, deyə sənaye nümayəndəsi CNN-ə açıqlamasında bildirib.

S&P Global-un məlumatına əsasən, təkcə neft tankerləri deyil, mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmilərin hərəkətində də fasilə yaranıb. Analitik məlumatlara görə, LNG tankerləri bazar günündən bəri Hörmüz boğazından keçməyib.

Ekspertlər qeyd edirlər ki, Hörmüz boğazı qlobal enerji ticarətinin əsas arteriyalarından biridir. Dünya üzrə dəniz yolu ilə daşınan xam neftin böyük hissəsi məhz bu marşrut vasitəsilə Fars körfəzi regionundan beynəlxalq bazarlara çıxarılır. Buna görə də boğazda yaranan hər hansı maneə qlobal enerji bazarında qiymətlərin artmasına və tədarük zəncirində ciddi risklərin yaranmasına səbəb ola bilər.

Analitiklər həmçinin vurğulayırlar ki, son dövrlərdə Yaxın Şərq regionunda artan geosiyasi gərginlik və təhlükəsizlik riskləri dəniz nəqliyyatına birbaşa təsir göstərir. Bu isə beynəlxalq enerji bazarında qeyri-müəyyənliyi artırır və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları gücləndirir.

Poliqon.info

Избранный
47
poliqon.info

1Источники