RU

Hindistanın hərbi təyyarəsi radarlardan itib

Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "Su-30" qırıcısı Assam ştatındakı Karbi-Anqlonq rayonu üzərində uçuş zamanı radarlardan itib.

"Report" xəbər verir ki, bu barədə ölkənin HHQ-nin rəsmi nümayəndəsi, hərbi kəşfiyyatın polkovnik-leytnantı Mahendra Ravat "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, təyyarə ilə cümə axşamı Corhatdakı hərbi bazadan qalxdıqdan sonra əlaqə kəsilib.

Axtarış-xilasetmə işləri davam edir.

Избранный
68
6
far.az

8Источники