RU

İran ilk dəfə ağır ballistik raketinin buraxılışını nümayiş etdirdi

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilk dəfə olaraq 1,5 ton çəkidə döyüş başlığı daşımaq qabiliyyətinə malik olan və 2000 km-ə qədər məsafədəki hədəfləri vura bilən iki ədəd "Khorramshahr-4" ("Xorrəmşəhr-4") orta mənzilli ballistik raketinin buraxılış görüntülərini yayımlayıb.

Publika.az xəbər verir ki, kadırları "ImpNavigator" “Telegram” kanalı nümayiş etdirib.

Raketlər sutkanın qaranlıq vaxtında havaya buraxılıb.

İran "Xorrəmşəhr" ailəsinə məxsus bu yeni raketi ilk dəfə 2023-cü ildə nümayiş etdirib. Mütəxəssislərin qiymətləndirməsinə görə, onun uçuş məsafəsi təxminən 2000 kilometr təşkil edir.

Избранный
191
12
publika.az

10Источники