RU

Sərxoş vəziyyətdə qəza törədib avtomobili aşırdı Beşinci dəfə içkili tutulan ... VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Beşinci dəfə sərxoş vəziyyətdə tutulan sürücü külli miqdarda cərimələndi . Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Tekirdağ vilayətində baş verib.

Məlumata görə, Ergene rayonundan Çorlu istiqamətinə hərəkətdə olan minik avtomobili sürücünün  idarəetməsindən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində sürücü A.K. yaralanıb, ona təcili yardım işçiləri tərəfindən ilk tibbi yardım göstərilib və müalicə üçün Çorlu Dövlət Xəstəxanasına aparılıb.

Daha sonra yol polisi əməkdaşları A.K.-ni alkoqol testindən keçiriblər və onun 2,02 promil sərxoş olduğu müəyyən edilib. O, beşinci dəfə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə, ümumilikdə 390.000 türk lirəsi (red. 15.069 manat) məbləğində cərimələnib.

Faktla bağlı araşdırma aparılır.

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
87
avtosfer.az

1Источники