RU

Avropa İttifaqı rəsmisi İranın Naxçıvana dron hücumunu pisləyib

Bakı. Trend:

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrəAli Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti KajaKallas İranın Azərbaycanın Naxçıvan bölgəsinə hücumlarınıpisləyib.

Trend xəbər verir ki,bubarədə qurumun bəyanatında bildirilib.

"İranın Azərbaycanın Naxçıvan ərazisinə pilotsuz təyyarəhücumları tamamilə qəbuledilməzdir. Bu hücumlar İran tərəfindəndaha da gərginləşməni təmsil edir və müharibənin Yaxın Şərqdənkənara yayılması riskini artırır. Avropa İttifaqının Azərbaycanhökuməti və xalqı ilə tam həmrəyliyini vurğulamaq üçün Azərbaycanxarici işlər naziri Bayramovla əlaqə saxladım", - bəyanatdavurğulanıb.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dronhücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına vəBabək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərəkpartlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xariciİşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslamRespublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyəaydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi hallarıngələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərgörməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlərNazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Избранный
36
4
az.trend.az

10Источники