RU

Azər Bağırov: “Çempionatda ən az legioner bizdədir” – ARENA.AZ

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/4 finalında “Turan Tovuz”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, ilk oyunda 0:1 hesabıyla uduzmuş Gəncə təmsilçisi cavab görüşündə də 0:2 məğlub olub və kubokda mübarizəni dayandırıb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında yarımfinala çıxmalarına belə şərh verib:

“Azarkeşlərimizə təşəkkür edirəm ki, uduzsaq belə, sonadək bizə dəstək oldular. Oyuna gəlincə, standart vəziyyətdən iki qol buraxdıq. Bu, bizi məyus edir. Qarşıda “Turan Tovuz”la çempionat matçımız da var. O qarşılaşmada çalışacağıq ki, azarkeşlərimiz önündə ən yaxşı oyunumuzu göstərək. Bundan sonra irəliyə baxıb, çempionatda daha yuxarı pillələrə qalxmağa çalışacağıq.

Komandanı sıfırdan mən yığmamışdım. Bu gün çempionatda ən az legioner bizdədir. Bir neçə oyunçumuz heç nədən çıxıb getdi. Bunun komandaya böyük zərbəsi dəydi. Uşaqlar hər oyunda döyüşürlər. Gələn mövsüm burada qalıb-qalmayacağımızı bilmirik. Hər şey may ayında bəlli olacaq. Komandanı sıfırdan yığsam, Gəncədə oynamaq mənim üçün asan olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
29
7
arena.az

10Источники