RU

Hakim təyin olunan prokurorlar ədalətli hakim ola bilərlərmi? Hüquqşünas danışır...

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçiləri ilə Baş Prokurorluqda görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, hakim vəzifəsinə qəbulla bağlı müsabiqədə uğur qazanaraq Azərbaycan Respublikasının Prezidentinin 03 mart 2026-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi təyin olunan Rüstəm Qasımov və Şəki Rayon Məhkəməsinin hakimi təyin edilmiş Hacı Məmmədli Baş prokurorun birinci müavini Elçin Məmmədov tərəfindən qəbul edilib.

Ümumiyyətlə, maraqlıdır ki, əslində, dövlət ittihamçısı statusunda olan prokuror dövlət ittihamının mənafeini müdafiə edən bir şəxsdir.

Belə olduğu halda isə sual yaranır:

Dövlət ittihamçısı ədalətli hakim ola bilərmi?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Əkrəm Həsənov danışıb.

O bildirib ki, prokurorluq işçilərinin heç də hamısı dövlət ittihamçısı kimi çıxış etmir:

“İkincisi isə, vəkillərdən də xeyli adam hakim olub. Yəni vəkillər də müdafiə tərəfidir. Son təyinatlarda da var vəkillər. Dediyiniz məsələlər cinayət işləridir. Məhkəmələrdə inzibati, kommersiya, mülkü işləri daha çoxdur. Orada isə prokurorluq tərəfi yoxdur. Onu da deyim, vəkillərin içində də prokurorluq işçiləri də var. Çoxunu tanıyıram və içlərində savadlı, insanları dürüt müdafiə edənlər var. Hesab edirəm, insanın əvvəllər harada işləməsi sonrakı işinə birmənalı olaraq problem yaratmır. Əvvəllər isə, bəli, belə deyə bilərik ki, ümumən prokurorluq işçilərin hakimlərin içində çox idi, bu da problem idi. Ancaq indi belə deyil, onlar çoxluq təşkil etmirlər”, – deyə o qeyd edib.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
92
icma.az

1Источники