RU

Prezident İlham Əliyev: İran XİN müavini Azərbaycandan xahiş edir ki, İranın Livandakı səfirliyinin əməkdaşlarının təxliyəsinə kömək etsin

Bakı. Trend:

Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlərnazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İransəfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycankömək etsin.

Trend xəbər verir ki, bufikirləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirib.

Dövlət başçısı bildirib ki, çünki onların imkanı yoxdur: "Mənəməruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin,təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu daverməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz köməkgöstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunlarınmüqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbəendirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxtsilinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlərgörüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, DövlətSərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəlisəfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyəhazır olmalıdırlar. Hələlik bu qədər".

Избранный
25
38
az.trend.az

10Источники