RU

Əcnəbi mütəxəssisin bitməyən bəhanələri... - Bəs indi problem nədir?

"Qəbələ"nin qara günləri yenə başlayıb. Kollektiv qış fasiləsindən sonrakı ilk iki matçda qazandığı qələbələrin eyforiyasından ayıla bilmir.

Qələbə həsrəti 5 matça çatdı. "Neftçi"nin, "Turan Tovuz"un, "Sabah"ın hədəfləri böyükdür, bəs sonuncu pillənin sahibi "Karvan-Yevlax"la görüşdəki xal itkisinə nə ad verəsən?

Baxımlı oyuna çalınan alqış bir yerə qədərdir.

Sonda yadda qalan, sorğu-sual edilən turnir cədvəli olacaq.

Təcrübəli Kaxaber Tsxadadze bunları bilməmiş deyil.

Mövsümün birinci yarısı komandanın meydana ilk "onbirlik"də 5-6 yerli ilə çıxmasını problemə çevirənlər vardı.

Qışda növbəti əcnəbi dalğası bölgə klubuna qoşuldu.

Nəticədə əsas heyətdəki mənzərə bir xeyli dəyişdi.

Gedişat gəlmələrin xeyrinə dəyişdi.

Bəzən əsas heyətdə maksimum 3 yerli oyunçu görürük. Mövsümün birinci yarısı ilə müqayisədə yerli oyunçuların əsas heyətdə sayının azalması aşkar sezilir.

Legionerlərin sayı artıb, bəs nəticələr niyə düzəlmir?

Kaxaber Tsxadadze qışa qədər yaydakı transferlərdən az şikayət etməyib.

Olmaya indi də qışda gətirilən yeni simalardan narazıdır?

Bu sualların cavabını gürcüstanlı mütəxəssis və bir də Allahı bilər.

Bizim isə bildiyimiz, gördüyümüz odur ki, heyət güclənsə də, mükafatlar artırılsa da nəticə ciddi mənada hələki dəyişmir.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
31
sportinfo.az

1Источники