RU

Müdafiə sistemlərimiz İran PUA-larını niyə vurmadı? - TƏHLİL

İran ərazisindən pilotsuz uçuş aparatları (pua) ilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum edilib. Nəticədə 4 nəfər xəsarət alıb. 

PUA hücumlarından sonra Azərbaycan Xarici İşlər Nazirliyi sərt bəyanatla çıxış edib. İran səfiri XİN-ə çağırılaraq nota verilib. Müdafiə Nazirliyi də açıqlamasında zəruri cavab tədbirlərinin hazırlandığını və bu hücum aktlarının cavabsız qalmayacağını açıqlayıb. 

Ümumiyyətlə, 2026-cı ilin əvvəlində Yaxın Şərqdə vəziyyət son illərin ən təhlükəli mərhələsinə daxil olub. ABŞ və İsrailin İran ərazisinə geniş hava zərbələri endirməsi nəticəsində İranın Ali Lideri Əli Xamenei öldürülüb. Bu hadisə regionun siyasi balansını sarsıdan böyük dönüş nöqtəsi hesab olunur.

Bundan sonra İran İsrailə və ABŞ bazalarına qarşı raket və dron hücumları həyata keçirməyə başladı. Münaqişə isə təkcə bu ölkələrlə məhdudlaşmadı, regiondakı digər dövlətlərə də təsir göstərməyə başladı.

Son günlər Türkiyə və Azərbaycanın da bu gərginliyin içərisinə cəlb olması təhlükəli bir mərhələnin başlandığını göstərir. Bundan bir gün əvvəl İrana məxsus ballistik raket Türkiyə hava məkanına daxil olub və NATO müdafiə sistemləri tərəfindən vurulub. Bu gün isə İran PUA-larla Naxçıvanı hədəf alıb. 

Görünən odur ki, Xameneinin ölümündən sonra İran daxilində hakimiyyət boşluğu yaranıb. İnqilab Keşikçiləri (SEPAH) qisas almaq adı ilə regionda geniş müharibə riskini artırır. 

Xameneinin öldürülməsi İran üçün böyük siyasi zərbədir. Buna görə İran rəhbərliyi sərt cavab verməyə məcburdur.

Azərbaycan və İran arasında münasibətlər tarix boyu mürəkkəb olub. Xüsusilə 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi zamanı İranın Ermənistana yaxın mövqe tutması Azərbaycanda narazılıq yaratmışdı.

Buna baxmayaraq, Azərbaycan rəhbərliyi son illərdə İranla münasibətləri gərginləşdirməməyə, dost addımı atmağa çalışıb.

Prezident İlham Əliyev hətta ötən gün Xameneinin ölümü ilə bağlı Bakıda İran səfirliyinə gedərək başsağlığı verdi. Bu addım diplomatik jest kimi qiymətləndirilirdi. Hətta deyərdim ki, ölkə liderinin bu addımı yamanlığa yaxşılıq hesab edilməlidir. Lakin bundan qısa müddət sonra Naxçıvan vuruldu. 

İlham Əliyev İran səfirliyinə getdi - FOTOLAR (VİDEO)

Azərbaycan hava hücumundan müdafiə sistemləri İran dronlarını niyə zərərsizləşdirmədi?

Əvvəlcə qeyd etmək lazımdır ki, İran Naxçıvana hücumda "Araş-2" pilotsuz təyyarəsindən istifadə edib. İran istehsalı olan və 2000 kilometr mənzilli kamikadze PUA hesab olunur. Bu pilotsuz təyyarə İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının sərəncamındadır və reaktiv mühərrik əvəzinə porşen mühərriki ilə işləyən "Kian 2" pilotsuz təyyarəsinin təkmilləşdirilmiş versiyasıdır.

Əsas fərq ondan ibarətdir ki, "Araş-2"nin kiçik radar kəsiyi (RCS), aşağı hündürlükdə uçuşu və son mərhələdə passiv (optik/termal) cihazlardan istifadəsi bir çox radar sistemlərinin onu aşkarlamasını və izləməsini çətinləşdirir.

Bu variant istisna edilməsə də, Naxçıvan beynəlxalq hava limanı yüksək səviyyədə qorunan bir obyektdir. Naxçıvanda yerləşdirilən "S-125 Neva Peçora", "Buk-MB" və "Strela-3" kmii zenit-raket komplekslərinin sözügedən dronları görməməsi mümkün deyildi. 

Ukraine Returns Decommissioned S-125 Missile Systems to Service: How Viable  is the Pechora in Combat Today?

Bunlardan ən ucuzu "Strela-3"dür ki, onun da bir raketinin qiyməti 2 milyon dollardır. Ola bilsin ki, 20-30 min dollar qiyməti olan və o qədər də təhlükə yaratmayan dronları vurmaq üçün milyonları məhv etmək məntiqsiz görünüb. Ona görə də PUA-ların düşməsinə icazə verilib. 

Lakin İran tərəfi unutmamalıdır ki, rəsmi Ankara 1921-ci ildə qəbul edilmiş "Qars" müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizliyi və ərazi bütövlüyünün təmintçısıdır. Həmçnin 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsinə görə, tərəflərdən birinin müstəqilliyinə, ərazi bütövlüyünə, suverenliyinə və ya təhlükəsizliyinə qarşı təhdid və ya hücum baş verərsə, bu, hər iki tərəfi müdaxilə etməyə məcbur edir. 

Türkiyə isə NATO üzvüdür. Əgər bu olunsa, İran təkcə bir ölkə ilə yox, bütün NATO ilə qarşı-qarşıya qala bilər.

Lakin İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, İran İslam Respublikası Azərbaycan Respublikasını hədəf almayıb. İran Silahlı Qüvvələrinin Baş Qərargahı isə həmişəki kimi başqalarını günahlandırıb. Baş Qərargah Azərbaycana qarşı pilotsuz təyyarə buraxmasını inkar edib, Tel-Əviv tərəfindən İranı ittiham etmək üçün belə bir addım atıldığını vurğulayıb. 

Khamenei the martyr, Trump the fool? Why a wider, longer war may be in store

Əgər həqiqətən də belədirsə, İran PUA-larının İsrail qüvvələrinin əlində olması və onları atmaq üçün İran ərazisində rahat şəkildə fəaliyyət göstərməsi özünü supergüc adlandıran İslam Respublikası üçün biabırçı vəziyyətdən başqa bir şey deyil. Bu, onu deməyə əsas verir ki, İran həqiqətən də xaos içindədir, vahid rəhbərlik yoxdur, daxili parçalanma sürətlənib və mövcud rejimin sonu çox yaxındır. 

Bəlkə də rəsmi Bakı qonşularımızın acizanə açıqlamasına inanmaq istəyərdi. Amma bir tərəfdən PUA hücumunu inkar edən, digər tərəfdən də Bakıya təhdid dolu mesajlar göndərən farslara inanmaq mümkünsüz görünür. 

Azərbaycan region lideri olaraq təmkin nümayiş etdirsə də, istənilən təxribata cavab vermək hüququnu özündə saxlayır. Bu hallar təkrarlanarsa, Bakının cavabı gecikməyəcək. Lakin hər halda təxribqatı törədənlər ölkə qarşısında cavab verməlidir. 

Ağarza Elçinoğlu 

Избранный
23
unikal.az

1Источники