Bakı, 5 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Kəpəz” “Turan Tovuz”u qəbul edib. Yevlax şəhər stadionunda gerçəkləşən qarşılaşma qonaqların 2 cavabsız qolu ilə bitib. Komandalar arasında keçirilmiş ilk oyunda Tovuz klubu 1:0 hesabı ilə qələbə qazanıb. Bununla da Kurban Berdiyevin baş məşçqisi olduğu kollektiv adını yarimfinala yazdırıb.
Bu gün, həmçinin “Sabah” “Qəbələ”nin qonağı olacaq. Qəbələ şəhər stadionunda təşkil olunacaq oyun saat 18:00-da başlayacaq. İlk qarşılaşmada qapılara qol vurulmayıb.
Qeyd edək ki, daha əvvəl “Zirə” və “Qarabağ” yarımfinala vəsiqə qazanıb.