RU

Naxçıvan Beynəlxalq Hava Limanının işi dayandırıldı

Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Moderator.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

"Məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır.

Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq", - aeroportdan bildirilib.

Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına 5 mart tarixində dron hücumları həyata keçirilib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Избранный
29
20
moderator.az

10Источники