RU

Orucluykən əsəbiləşməmək üçün nə etmək lazımdır?

Ramazan ayında uzun müddət ac və susuz qalmaq, eləcə də dəyişən qidalanma və yuxu rejimi bəzi insanlarda əsəbilik və gərginlik yarada bilər.

 

Pravda.az bildirir ki, düzgün qidalanma və həyat tərzi bu vəziyyətin qarşısını almağa kömək edə bilər.

 

Həkimlərin sözlərinə görə, iftar və sahur zamanı kifayət qədər maye qəbul etmək, balanslı qidalar seçmək və yuxu rejiminə diqqət etmək gün ərzində əsəbiliyin azalmasına kömək edir. Susuzluq və uzun müddətli aclıq isə gərginliyin əsas səbəblərindən biri hesab olunur.

 

Mütəxəssislər qeyd edirlər ki, uzun müddət aclıq nəticəsində yaranan qan şəkərinin düşməsi halsızlıq, ürək döyüntüsü, tərləmə və əsəbilik kimi hallara səbəb ola bilər. Bu səbəbdən sahur yeməyini buraxmamaq və iftarda balanslı qidalanmaq vacib sayılır.

 

Bundan əlavə, Ramazan ayında çay, qəhvə və siqaret kimi vərdişlərdən müvəqqəti uzaq qalmaq da bəzi insanlarda gərginlik yarada bilər. Bu təsiri azaltmaq üçün mütəxəssislər Ramazandan əvvəl kofein və nikotin istifadəsini tədricən azaltmağı tövsiyə edirlər.

 

Əminə Bayramova

Tarix: 5 Mart 2026, 16:00   
Избранный
121
pravda.az

1Источники