Şəkərin həddindən artıq qəbulu sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Milli.Az xəbər verir ki, usiyalı onkoloq Vladimir İvaşkov bildirib ki, rasionda şəkərin çox olması xərçəng xəstəliklərinin ən azı 13 növünün yaranma riskini artırır.
Onun sözlərinə görə, artıq şəkər orqanizmdə xroniki iltihab proseslərini gücləndirir. Bu isə xərçəng hüceyrələrinin böyüməsi və yayılması üçün əlverişli mühit formalaşdırır.
"Xərçəng hüceyrələri inkişaf etmək və yayılmaq üçün iltihab siqnallarından istifadə edir", - deyə həkim vurğulayıb.
İvaşkov şəkərin eyni zamanda piylənmə epidemiyasının əsas səbəblərindən biri olduğunu qeyd edib. Artıq çəki isə bir sıra ağır xəstəliklərlə yanaşı, müxtəlif onkoloji diaqnozların yaranma ehtimalını yüksəldir.
Onkoloqun diqqət çəkdiyi məqamlardan biri də statistik göstəricilərdir. O bildirib ki, ABŞ-də qoyulan onkoloji diaqnozların təxminən 40 faizi artıq çəki ilə əlaqələndirilir.
Mütəxəssislər balanslı qidalanmanın, şəkərli məhsulların məhdudlaşdırılmasının və fiziki aktivliyin artırılmasının xərçəng riskini azaltmaq üçün vacib amillərdən olduğunu vurğulayırlar.
Milli.Az