Quba sakini Cəmil Əliyev müvafiq qaydalara uyğun təşkil olunan xüsusi test zamanı 10 saat fasiləsiz üzərək ölkədə yeni statistik rekord müəyyənləşdirib.
Bu barədə Ölkə.az-a Azərbaycan Üzgüçülük Federasiyasından (ASF) məlumat verilib.
Rekord Gənclər və İdman Nazirliyinin dəstəyi ilə rəsmiləşdirilib.
Cəmil Əliyevə ASF tərəfindən müvafiq sertifikat təqdim olunub.
