RU

“Leypsiq” Diomande üçün 80 milyon avro istəyir

“Leypsiq” klubu futbolçusu Yan Diomandenin transfer qiymətini müəyyənləşdirib.

90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, Almaniya təmsilçisi vinger üçün təxminən 80 milyon avro tələb etməyi planlaşdırır. Klub rəhbərliyi perspektivli oyunçunu saxlamaq istəsə də, onun mümkün gedişi ilə artıq barışmağa başlayıb.

Bildirilir ki, Diomande ilə İngiltərənin “Liverpul” və “Mançester Yunayted” klubları maraqlanır. Sözügedən klublar da artıq futbolçunun agenti ilə ilkin danışıqlar aparıb.

Futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla 26 matçda meydana çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə edib.

Onun “Leypsiq”lə mövcud müqaviləsi 2030-cu ilin ortalarınadək qüvvədədir.

Избранный
3
90deqiqe.az

1Источники