Braziliyanın "Flamengo" klubu komandanın baş məşqçi vəzifəsinə portuqaliyalı mütəxəssis Leonardo Jardimin təyin olunduğunu rəsmən açıqlayıb.
QOL.az xəbər verir ki, 51 yaşlı çalışdırıcı ilə imzalanan müqavilə 2027-ci ilin dekabr ayınadək qüvvədə olacaq.
Jardim martın 4-də artıq komanda ilə ilk məşqini keçirib. Yeni baş məşqçinin KİV nümayəndələri üçün rəsmi təqdimatı isə martın 5-nə planlaşdırılıb.
Portuqaliyalı mütəxəssislə birlikdə onun köməkçiləri Antoniu Viyeyra, Joze Barroş və Diogu Diaş da "Flamenqo"nun məşqçilər korpusuna qoşulublar.
Xatırladaq ki, klub rəhbərliyi martın 3-də iki il yarım komandaya rəhbərlik etmiş Filipe Luis ilə yollarını ayırmışdı.
Qeyd edək ki, Leonardo Jardimin son iş yeri Braziliyanın "Kruzeiro" klubu olub. O, bu komandadan 2025-ci ilin dekabrında ayrılmışdı.