AZ

Flamenqo da baş məşqçi təyinatı rəsmiləşdi

ain.az bildirir, Qol.az portalına istinadən.

"Flamenqo"da baş məşqçi təyinatı rəsmiləşdi

Braziliyanın "Flamenqo" klubu komandanın baş məşqçi vəzifəsinə portuqaliyalı mütəxəssis Leonardo Jardimin təyin olunduğunu rəsmən açıqlayıb.

QOL.az xəbər verir ki, 51 yaşlı çalışdırıcı ilə imzalanan müqavilə 2027-ci ilin dekabr ayınadək qüvvədə olacaq.

Jardim martın 4-də artıq komanda ilə ilk məşqini keçirib. Yeni baş məşqçinin KİV nümayəndələri üçün rəsmi təqdimatı isə martın 5-nə planlaşdırılıb.

Portuqaliyalı mütəxəssislə birlikdə onun köməkçiləri Antoniu Viyeyra, Joze Barroş və Diogu Diaş da "Flamenqo"nun məşqçilər korpusuna qoşulublar.

Xatırladaq ki, klub rəhbərliyi martın 3-də iki il yarım komandaya rəhbərlik etmiş Filipe Luis ilə yollarını ayırmışdı.

Qeyd edək ki, Leonardo Jardimin son iş yeri Braziliyanın "Kruzeiro" klubu olub. O, bu komandadan 2025-ci ilin dekabrında ayrılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
qol.az

2Mənbələr