RU

Tacikistanın Azərbaycandakı səfiri AZƏRTAC-da olub

Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon AZƏRTAC-da olub.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev ilə keçirilən görüşdə iki ölkənin media sahəsində əlaqələrinin hazırkı vəziyyəti və informasiya sahəsində birgə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Qonağa AZƏRTAC haqqında məlumat verilib, agentliyin 22 xarici müxbir məntəqəsinin fəaliyyət göstərdiyi, 8 dildə xəbərlər buraxdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, AZƏRTAC ilə Tacikistanın “Xovar” informasiya agentliyi arasında 2009-cu ildən rəsmi tərəfdaşlıq əlaqələri qurulub və hazırda da agentliklər xəbər mübadiləsi sahəsində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı uğurla davam etdirir.

Görüşdə Tacikistan səfirliyinin həyata keçirdiyi mədəni layihələrə və tədbirlərə AZƏRTAC tərəfindən informasiya dəstəyinin göstərilməsi, həmçinin hər iki ölkənin turizm potensialının təşviq edilməsi və bununla bağlı informasiyaların yayımlanması barədə fikir mübadiləsi aparılıb.

Избранный
3
1
xalqqazeti.az

2Источники