RU

İraq özünü müharibəyə cəlb etməyə imkan verməyəcək

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

İraq hakimiyyəti ölkənin müharibəyə cəlb olunmasına və ya sabitliyin pozulmasına imkan verməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İraq Silahlı Qüvvələrinin Baş naziri və Ali Baş Komandanı Məhəmməd əs-Sudani Silahlı Qüvvələrin Birgə Əməliyyat Komandanlığının qərargahına səfəri zamanı bildirib:

“İraqı müharibəyə sürükləmək və ya ölkə daxilində vəziyyəti pozmaq cəhdlərinə dözməyəcəyik. Milli maraqlar hər şeydən üstün olmalıdır”.

Hökumətin teleqram kanalında dərc olunmuş sözlərinə görə, əl-Sudani bəzi əyalətlərdə təhlükəsizlik qüvvələrinin məsələyə “səhlənkarlıqla” yanaşdığını qeyd edib və buna görə şimal-qərbdəki Nineva əyalətindəki komandanlıq qərargahından bütün kəşfiyyat işçilərinin işdən çıxarıldığını elan edib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
121
1
redaktor.az

2Источники