RU

AGF nümayəndəsi: "Gimnastlarımızın Dünya Kubokunda medal qazanacaqlarına ümid edirik"

Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndəsi Sara Şükürova idman gimnastlarının Bakıda gerçəkləşən Dünya Kubokunda onları sevindirəcəyinə ümid edir.

O, bu barədə "Far.Az"a açıqlamasında bildirib.

S.Şükürova Bakıda ilin ikinci Dünya Kubokunun təşkil olunduğunu söyləyib:

"Ölkəmiz 2026-cı ilin ikinci Dünya Kubokuna ev sahibliyi edir. Milli Gimnastika Arenasında bu dəfə idman gimnastikası üzrə yarış start götürüb. Buradakı turnirə 30-dan çox ölkə qatılıb. Ölkəmiz həmin qadın, həm də kişilərin mübarizəsində təmsil olunur. Azərbaycanı Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edirlər. Ümid edirik ki, idmançılarımız bizi medalla sevindirəcəklər".

Qeyd edək ki, bu gün start götürən Dünya Kuboku martın 8-də başa çatacaq.

Избранный
19
far.az

1Источники