RU

Azərbaycan Kuboku: Yevlaxda heyətlər bilindi, "Sabah" "Qəbələ"yə qarşı - YENİLƏNİR

Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulur.

Fanat.Az xəbər verir ki, bu gün son iki yarımfinalçının adına aydınlıq gələcək. 

Əvvəlcə Yevlaxda növbəti "qərb derbisi" baş tutacaq. "Kəpəz" "Turan Tovuz"u qonaq edəcək. Saat 14:30-da start götürəcək qarşılaşmanı Cavid Cəlilov idarə edəcək. 
Qeyd edək ki, komandalar arasındakı ilk görüşdə "Turan Tovuz" 1:0 hesablı qələbəyə sevinib.

Son yarımfinalçının da adına bölgədə aydınlıq gələcək. "Qəbələ" səfərdə keçirdiyi ilk görüşdə qolsuz heç-heçəyə nail olduğu "Sabah"ı qəbul edəcək. Baş hakim Rəvan Həmzəzadə görüşün start fitini saat 18:00-da səsləndirəcək. 

Qeyd edək ki, "Kəpəz" – "Turan Tovuz" cütünün qalibi yarımfinalda "Zirə" ilə qarşılaşacaq. "Qəbələ" – "Sabah" cütünün füclüsünü isə finala gedən son sınaqda "Qarabağ" gözləyir. Yarımfinal oyunları aprelin 2-də və 22-də keçiriləcək.

Bizon Azərbaycan Kuboku
1/4 final mərhələsi, cavab oyunları
5 mart

14:30. "Kəpəz" – "Turan Tovuz"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov, Akif Əmirəli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Yevlax şəhər stadionu.

“Kəpəz”: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 30. Ruslan Quliyev, 12. Mahamadu Ba.
Baş məşqçi: Azər Bağırov.
“Turan Tovuz”: 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 99. Vadji İbrahima, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavareş, 2. Mark Rene Mampassi.
Məşqçi: Ruslan Abışov.

18:00. "Qəbələ" – "Sabah"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Kamal Umudlu, Elvin Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu.

Избранный
19
50
fanat.az

10Источники