Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
QOL.az xəbər verir ki, 3-cü oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.
"Kəpəz" "Turan Tovuz"u qəbul edib. Oyunda "Turan Tovuz" 2:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında ilk görüşdə də Tovuz təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi. Nəticədə "Turan Tovuz" yarımfinala yüksəlib. Komanda bu mərhələdə "Zirə" ilə qarşılaşacaq.
Digər matçda "Qəbələ" "Sabah"la üz-üzə gəlir. Sözügedən komandaların ilk duelində 0:0 hesablı heç-heçə qeydə alınıb. Bu cütün qalibi yarımfinalda "Qarabağ"la üz-üzə gələcək.
Azərbaycan kuboku, 1/4 final, cavab oyunları
5 mart (cümə axşamı)
18:00. “Qəbələ” – “Sabah” - 2:3 (Əlavə vaxt)
Qol: Timoteuş Puxaç, 31 (0:1), Timoteuş Puxaç (0:2) 62, İsmael Akinade, 88 (1:2), İsmael Akinade, 90 (2:2), Coy Lens Mikels (2:3)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Qəbələ şəhər stadionu
İlk oyun - 0:0
14:30. “Kəpəz” – “Turan Tovuz” - 0:2
Qollar: Xorxe Silva, 13, Hayderson Hurtado, 51
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Yevlax şəhər stadionu
İlk oyun - 0:1
3 mart (çərşənbə axşamı)
“Zirə” - “Sumqayıt” - 2:0 (İlk oyun - 0:0)
4 mart (çərşənbə)
“Qarabağ” - “Şamaxı” - 3:1 (İlk oyun - 1:2)
Yarımfinal
"Zirə" - “Turan Tovuz”
"Qarabağ" - “Qəbələ”/“Sabah”