RU

"İranın Naxçıvana dron hücumu qonşuluq siyasətinə ziddir" - Deputatdan REAKSİYA

Bu gün İrandan Naxçıvana dron hücumu olub. Dronlardan biri aeroportun ərazisinə, digəri isə Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu haqda bəyanat yayıb.

Deputat Vüqar Bayramov Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan dəfələrlə öz ərazisinin İrana qarşı istifadə edilməsinə icazə verilməyəcəyi ilə bağlı açıqlamalar verməsinə baxmayaraq, İranın Naxçıvana dron hücumu bütün hallarda pislənilməlidir:

"Bu, əslində mehriban qonşuluq siyasətinə uyğun hal deyil. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan öz qonşuları ilə əməkdaşlıq, eyni zamanda sülh şəraitində yaşamaq siyasətini dəstəkləyir. Təbii ki, müharibə başladıqdan sonra Azərbaycan tərəfindən sülhün əldə edilməsi və problemin danışıqlar yolu ilə həlli ilə bağlı açıqlamalar da əslində Azərbaycanın bu prosesə, eyni zamanda müharibəyə münasibətini bildirirdi və bu, bir daha təsdiqləyir ki, Azərbaycan regionda sülhdə maraqlıdır, Azərbaycan sülhü dəstəkləyən tərəfdir.

Amma çox təəssüf ki, biz İran tərəfindən belə bir addımın atılmasını müşahidə etdik. Çox üzücü bir haldır və belə bir addımın atılması qonşuluq siyasətinə ziddir və birmənalı şəkildə bu, xüsusən də İranın, Tehranın qonşuluq siyasətindəki əslində heç də səmimi olmayan mövqeyini və bu münasibətlərdəki mahiyyətini bir daha göstərir".

Aytəkin TOFİQQIZI

 

Избранный
7
42
redaktor.az

10Источники