İranlı general Kioumars Heydəri İranın məqsədlərinə çatana və ABŞ-yə ağır zərbələr endirənə qədər "bu müharibədən imtina etməyəcəyinə" söz verib.
Far.Az xəbər verir ki, o bu barədə asnim xəbər agentliyinə açıqlamasında deyib.
"Bu müharibənin neçə gün davam etməsinin bizim üçün fərqi yoxdur", - deyə Heydəri bildirib.
"Səkkiz illik müharibə yaşadıq və bu müharibəni yalnız məqsədlərimizə çatdıqdan və düşməni rüsvayçı hərəkətinə görə peşman və ümidsiz hala saldıqdan sonra bitirəcəyik".