RU

Britaniya ilə hava əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniya parlamentinin üzvü, aviasiya, dənizçilik və dekarbonizasiya məsələləri üzrə nazir Kir Meyzer ilə görüş keçirib..

Bu barədə Nazirlikdən bildirilib.

Görüşdə Azərbaycanın tranzit potensialı, şəhər daxilində nəqliyyat infrastrukturunun modernləşdirilməsi, Bakı Metropoliteni, dəmir yolu layihələri barədə məlumat verilib.

Həmçinin rəqəmsal nəqliyyat sistemləri, süni intellekt əsasında yaradılan "Rəqəmsal Nəqliyyat Əkizi" və Böyük Britaniya ilə hava əlaqələrinin genişləndirilməsi, uçuşların sayının artırılması imkanları müzakirə edilib.

Poliqon.info

Избранный
92
11
poliqon.info

10Источники