RU

Orxan Nəzərli: Dövlət büdcəsinə 16,4 mlrd. manata yaxın vergi daxilolması təmin olunub

Orxan
2025-ci il qlobal siyasi və iqtisadi qeyri-müəyyənliklər fonunda Azərbaycan iqtisadiyyatı üçün sabitliyin və çevik uyğunlaşmanın ön plana çıxdığı il olub. 1news.az xəbər verir ki, bunu “Vergi Sistemində Gələcəyə Baxış: Yeni İdarəetmə Modeli və Data Əsaslı Qərarlar” Forumunda Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
O, bildirib ki, ötən il Dövlət Vergi Xidmətinin üzərində olan fiskal daxilolmaların həcmi 24,2 mlrd. manata yaxın olub və bu, ümumi fiskal yığımların 79,1 faizini təşkil edir. 2025-ci ildə cəmi vergi daxilolmaları proqnoza münasibətdə 105,5 faiz, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 102,9 faiz icra edilib.

O.Nəzərli əlavə edib ki, ümumilikdə dövlət büdcəsinə 16,4 mlrd. manata yaxın vergi daxilolması təmin olunub və bu zaman qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 12 mlrd. manatı keçib.

Избранный
22
5
1news.az

8Источники