AZ

Dövlət Vergi Xidmətinin rəisi: Ötən il fiskal daxilolmaların həcmi 24 milyard manat olub 

Ötən il dövlət büdcəsinə 16,4 milyard manata yaxın vergi daxilolması təmin edilib, bu zaman qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 12 milyard manatı keçib.

AZƏRTAC xəbər verir ki, bunu “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumdakı çıxışında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

“2025-ci il qlobal siyasi və iqtisadi qeyri-müəyyənliklər fonunda Azərbaycan iqtisadiyyatı üçün sabitliyin və çevik uyğunlaşmanın ön plana çıxdığı bir il oldu. Bu mürəkkəb şəraitdə fiskal dayanıqlığın qorunması və dövlət gəlirlərinin davamlı təmin edilməsi əsas prioritetlərdən biri idi. Görülən tədbirlər nəticəsində fiskal daxilolmalarda müsbət dinamika əldə olunub. Mən istərdim bəzi göstəricilərə nəzər salaq və bu bizə daha aydın bir mənzərə yaratsın. Ötən il Dövlət Vergi Xidmətinin üzərində olan fiskal daxilolmaların həcmi 24,2 milyard manata yaxın olub ki, bu da ümumi fiskal yığımların 79,1 faizini təşkil edir. 2025-ci ildə cəmi vergi daxilolmaları proqnoza münasibətdə 105,5 faiz, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 102,9 faiz icra edilib”, - deyə o bildirib.

Seçilən
18
5
azerbaijan-news.az

8Mənbələr