RU

ABŞ Senatı İrana qarşı hərbi əməliyyatların dayandırılması ilə bağlı qanun layihəsini rəddETDİ

ABŞ Senatındakı respublikaçılar qanunvericilik icazəsi olmadan İrana qarşı hərbi güc tətbiq edilməsini qadağan edən qətnaməni rədd ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qətnamənin lehinə 47 senator, əleyhinə isə 53 senator səs verib. Respublikaçıların nəzarətində olan yuxarı palatadan keçməsi üçün səs çoxluğu tələb olunurdu.

Müharibə Səlahiyyətləri Qətnaməsi Konqresin təsdiqini almadan əlavə hərbi tədbirlər görülməsinə məhdudiyyət qoymaq məqsədi daşıyırdı.

Səsvermədən əvvəl Senatın Demokrat lideri Çak Şumer bəyan edib ki, bu səsvermə senatorlara Yaxın Şərqdəki müharibələrdən bezmiş amerikalıların, yoxsa ABŞ Prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqsetin tərəfində olduqlarını seçmək imkanı verəcək.

Bildirilib ki, ABŞ müdafiə naziri Pit Heqset İrana qarşı müharibənin Trampın əvvəlcədən proqnozlaşdırdığından daha uzun, səkkiz həftə davam edə biləcəyini açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Избранный
28
1
redaktor.az

2Источники