RU

Rəşad Nəbiyev Böyük Britaniyanın ticarət naziri ilə görüşüb

Bakı.Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev BöyükBritaniyanın ticarət naziri Ser Kris Brayant ilə görüş keçirib.Görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud stratejitərəfdaşlığın daha da gücləndirilməsi, süni intellekt,kibertəhlükəsizlik və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıqimkanları müzakirə edilib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən(RİNN) məlumat verilib.

Bildirilib ki, Böyük Britaniya investorları Azərbaycanda süniintellekt üzrə data mərkəzlərinin yaradılmasında iştiraka dəvətolunub. Eyni zamanda metro, dəmir yolu, dəniz və hava nəqliyyatı,eləcə də telekommunikasiya sahələrində həyata keçirilən iriinfrastruktur layihələri üzrə Böyük Britaniyanın investisiya,mühəndislik və maliyyə dəstəyi imkanları ətrafında fikir mübadiləsiaparılıb.

Избранный
64
12
az.trend.az

10Источники