RU

"Yazırdılar ki, Rəqsanəni bağışlasan, kimin qızı olacaqsan?"

Müğənni Rəqsanə İsmayılova ilə qalmaqala son qoyan jurnalist Səidə Bəkirqızının bu barədə danışıb.

Milli.Az xəbər verir ki, ifaçını verilişində qonaq edən aparıcı barışmasına haqq qazandırıb:

"Mənə yazırlar ki, demisən Rəqsanəni bağışlasan, kişi qızı deyilsən. Çox sayda izləyicim isə bildirib ki, böyüklük sizdə qalsın, onsuz da o ürəyin sahibi deyilsiniz, sonda bağışlayacaqsınız.

Orada ona dəstək olan bəzi insanlar isə mənə istehza ilə yazırdılar ki, Rəqsanəni bağışlasan, kimin qızı olacaqsan? Cəmiyyətdə elə insanlar var ki, onların üzlərinin sayını sayıb qurtarmaq mümkün deyil.

Rəqsanə həbs olunsaydı, mən heç nə qazanmayacaqdım, sadəcə sözümü sübut etmiş olacaqdım. Həbs olunmasa da, mən bu məsələnin üzərindən keçmədim. Çünki bəzi insanlar bir qadının bədbəxtliyindən zövq almağa hazır idilər.

Əminəm ki, eyni hadisə mənim də başıma gəlsəydi, bəzi izləyicilərim bundan zövq alardılar. Son illərdə qazandığım ən böyük şey isə hadisələri daha dərindən analiz etmək bacarığıdır".

Hüseyn
Milli.Az

Избранный
19
1
milli.az

2Источники