RU

ABŞ-nin “Boeing E-6 Mercury” təyyarəsi HAVAYA QALXDI: İstiqamət Atlantik okeanıdır – FOTO

ABŞ-ın strateji nüvə komandanlıq təyyarəsi Atlantik okeanı üzərində uçuş həyata keçirir.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus, hava komandanlıq məntəqəsi və rabitə retranslyatoru funksiyalarını yerinə yetirən “Boeing E-6 Mercury” təyyarəsi Oklahoma ştatından havaya qalxıb.

Hazırda hava gəmisi Atlantik okeanı üzərində şərq istiqamətində hərəkət edir.

Bu təyyarə ABŞ-nin nüvə komandanlıq zəncirində mühüm rol oynayır. “Boeing E-6 Mercury” yerüstü rabitə sistemləri sıradan çıxdığı təqdirdə belə, nüvə qüvvələrinə əmrlərin birbaşa və fasiləsiz ötürülməsini təmin etmək iqtidarındadır.

Məlumata görə, təyyarənin cari uçuşu hər hansı konkret nüvə təhdidi ilə bağlı deyil.

Bildirilir ki, geniş texniki imkanlara malik olan bu hava gəmisi mütəmadi olaraq müxtəlif hərbi-strateji tapşırıqların icrasına cəlb olunur.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
114
interpress.az

1Источники