Türkiyə Kubokunda 4-cü turun növbəti matçları keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, C qrupunda mübarizə aparan “Beşiktaş” öz meydanında “Rizəspor”u qəbul edib. İstanbul klubu rəqibini 4:1 hesabı ilə məğlub edib. “Beşiktaş”ın heyətində Mikael Murilyo, Salih Uçan, O Hyun Kyu və Kartal Yılmaz fərqləniblər.
Bu nəticə ilə “Beşiktaş” 4 oyundan sonra xallarının sayını 10-a çatdıraraq 1/4 finala vəsiqə qazanıb.
Qrupun digər matçında “Fənərbağça” səfərdə “Qaziantep” üzərində 4:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
Digər görüşlərdə “Beyoğlu Yeni Çarşı” “Kocaelispor”u 1:0 hesabı ilə məğlub edib, “Erzurumspor” isə “Keçiörengücü”nə 4:2 hesabı ilə qalib gəlib.