ABŞ və İsrail İslam Respublikasında hakimiyyət dəyişikliyinə cəhd edərsə, İran İsrailin Dimona şəhərində yerləşən atom reaktorunu partlada bilər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı martın 5-də ISNA agentliyi Telegram kanalında yayıb.
“İranlı hərbi rəsmilərdən biri bildirib ki, ABŞ və İsrail İranda rejimi dəyişməyə cəhd edərsə, Tehran Dimona atom reaktorunu hədəfə alacaq”, – deyə məlumatda qeyd olunub.
Bununla belə, bu məsələ ilə bağlı İran hakimiyyəti və ya İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта