RU

İrandakı müharibə bu aya qədər davam edə bilər

ABŞ İrana qarşı əməliyyatı ən azı 100 gün, bəlkə də sentyabr ayına qədər həyata keçirməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu  barədə Amerikanın "Politico" nəşri yazıb. 

Qeyd olunur ki,  ABŞ Mərkəzi Komandanlığı Pentaqondan Florida ştatının Tampa şəhərindəki qərargahına daha çox hərbi kəşfiyyat zabiti göndərməsini xahiş edir. 

"Bu, administrasiyanın İran müharibəsi üçün əlavə kəşfiyyat heyətinə dair ilk məlum çağırışıdır və Pentaqonun artıq Prezident Donald Trampın münaqişə üçün ilk dörd həftəlik müddətindən çox uzana biləcək əməliyyatlar üçün maliyyə ayırdığına işarədir", - deyə KİV qeyd edib. 

Gülayə Mecid 

Избранный
86
9
unikal.az

8Источники