AZ

ABŞ İrana qarşı 100 gün əməliyyat keçirməyi planlaşdırır KİV

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ İrana qarşı əməliyyatı ən azı 100 gün davam etdirməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” nəşri Pentaqon sənədlərinə istinadən məlumat yayıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndələrinin Floridadakı qərargaha əlavə sayda hərbi kəşfiyyat zabitinin göndərilməsi üçün Pentaqon rəhbərliyinə müraciət etdiyi bildirilib.

Məlumata görə, bu addım “İrana qarşı əməliyyatı ən azı 100 gün, böyük ehtimalla sentyabr ayına qədər davam etdirmək” məqsədi daşıyır.

Nəşrin yazdığına görə, əlavə mütəxəssislərin yerləşdirilməsi Vaşinqtonun davam edən münaqişənin nəticələrinə tam hazır olmadığını göstərir. Hesabatda həmçinin ABŞ Dövlət Departamentinin mümkün gərginlik zamanı amerikalılara dəstək vermək üçün Afinadakı ABŞ səfirliyinə əlavə heyət göndərdiyi vurğulanır.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
81
9
redaktor.az

8Mənbələr