RU

ABŞ Senatə Trampın hərbi səlahiyyətlərini məhdudlaşdırıb?

Respublikaçıların rəhbərlik etdiyi Senat Prezident Donald Trampın İrana qarşı əlavə hərbi əməliyyatlar aparmaq imkanını məhdudlaşdırmağı hədəfləyən müharibə səlahiyyətləri qətnaməsini rədd edib.

"Unikal" xəbər verir ki, bu  barədə "NBC News" kanalı məlumat yayıb. 

Qırx yeddi senator lehinə, 53-ü isə əleyhinə səs verib ki, bu da qətnamənin Senat iclasına çıxarılması üçün lazım olan sadə çoxluqdan azdır.

Kanal qeyd edir ki,qətnamə senator Tim Keyn tərəfindən təqdim edilib. Qətnamədə "müharibə elanı və ya hərbi güc tətbiq etmək üçün xüsusi icazə ilə açıq şəkildə icazə verilmədiyi təqdirdə, ABŞ Silahlı Qüvvələrinin İranda və ya İrana qarşı döyüş əməliyyatlarından geri çəkilməsi" tələb olunur.

Tramp bildirib ki, ABŞ İrandakı əməliyyatlarını  "dörd-beş həftə" davam etdirəcək və planlaşdırılan qrafikdən xeyli qabaqdadırlar. O, həmçinin Tehranın danışıqlar yolu ilə Vaşinqtonu razı sala biləcəyi təqdirdə ABŞ ordusunun hücumları dayandıra biləcəyini də irəli sürüb. 

Gülayə Mecid 

Избранный
27
unikal.az

1Источники